Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub

Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub
11 oktyabr 2024
# 09:25

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Killerdən teleqram” monotamaşasının premyerası reallaşıb.

Kulis.az xəbər verir ki, tamaşa gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında səhnələşdirilib. Əsərdə Killer -Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırıb.

Monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur. “Killerdən teleqram” uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik dövründə də bir çox mənəvi-psixoloji zərbələr alan insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir.

# 1968 dəfə oxunub

Oxşar xəbərlər

“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
"Qaraca qız"ın  premyerası olub

"Qaraca qız"ın premyerası olub

11:41 22 dekabr 2025
Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

13:00 18 dekabr 2025
Sumqayıt Teatrı  “Varlı ev”i təqdim etdi

Sumqayıt Teatrı “Varlı ev”i təqdim etdi

13:20 16 dekabr 2025
“Eynək” İncəsənət Studiyası  ilk tamaşasını təqdim etdi

“Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim etdi

17:02 11 dekabr 2025
Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

15:12 4 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər