«Tələbəlik illərimdən pornoya baxıram»

«Tələbəlik illərimdən pornoya baxıram»
20 iyun 2011
# 13:59
“Tələbəlik illərimdən bəri porno filmlər izləməkdən xoşum gəlirdi. Bunların müxtəlif mədəniyyətlərdə çəkildiyini və aralarındakı fərqləri düşünmək də insana həyata müxtəlif aspektlərdən baxmağı öyrədir”- bunu türkiyəli professor Cəlal Sengör Türkiyədə çıxan jurnallardan birində yazıb.

Bu qalmaqallı məqaləsində professor cinsi fəaliyyətin ləzzətli, həm də çox ləzzətli şey olmasından danışıb: “Bunu adam kimi edərək ondan ən yüksək səviyyədə zövq almaq da bacarıq, savad tələb edir. Cütləşmə öncəsi sevişmə oyunları, cütləşmənin müxtəlif pozaları, çiftləşmə müddətinin idarə edilməsi və başqa faydalı bilgilər cütləşəcək adamlar üçün çox lazımdır.

İbtidai mədəniyyətlərin çoxusu seksi ayıb hesab etdiyi üçün gənclər bu bilgilərdən məhrum qalaraq xoşbəxt ola bilmirlər və təbiətin bizlərə bəxş etdiyi müthiş hədiyyədən istifadə edə bilmirlər. Porno saytların və filmlərin ilk və ən önəmli faydası praktik biliklərin gənclərə öyrədilməsidir. Bunu öyrənə bilməyənlərin nələr etdiklərini hər gün qəzetlərdən oxuyuruq. Zorlama, namus cinayətləri, uşaqlarla cinsi əlaqəyə girmək manyaklıklar normal təhsil almayan və buna görə təbiətin onlara verdiyi seksual istəkləri idarə etməkdən aciz olan kişilərin yaratdığı vəhşilik nümunələridir”.

Qeyd edək ki, bir müddət öncə Türkiyədə porno saytlara girişin məhdudlaşdırması haqda polemikalar başlayıb.

Elmin HƏSƏNLİ
# 1661 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 16 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

10:00 15 dekabr 2025
Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

13:10 13 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər