Zaur Darabzadə: "Bir sıra studiyalar filmlərinin tərcüməsinə icazə vermir"

Zaur Darabzadə:  "Bir sıra studiyalar filmlərinin tərcüməsinə icazə vermir"
21 aprel 2023
# 16:00

"Xarici dildə olan filmlər sertifikatlı studiyalarda dublyaj edilərsə, biz həmin filmləri almağa hazırıq".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində kinotetrlarda xarici dildə yayımlanan filmlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı müzakirə zamanı "CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib: "Biz kontent istehsal etmirik, kontentin nümayişini edirik. Əgər investorlar xarici kontenti alıb sertifikatlaşdırılmış studiyalarda dublyaj edərlərsə, biz həmin filmləri almağa hazırıq".

Müzakirə zamanı Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev qeyd edib ki, bir sıra studiyalar filmlərinin tərcüməsinə icazə vermir:

"Tərcümə edilməsi üçün ödəniş edilməlidir. Biz də istəyirik ki, filmlər Azərbaycan dilinə tərcümə edilsin. Bu məsələdə dövlət dəstək göstərə bilər. Dünyada belə bir təcrübə var".

# 1755 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər