"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edildi

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edildi
25 may 2023
# 12:00

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Taryel Abdullayev dələduzluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib.

İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.

Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə Taryel Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və Taryel Abdullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.

# 3826 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər