TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində

TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində
2 may 2017
# 13:20

Türkiyənin TRT Bakı bürosunun rəhbəri cənab Yıldıray Arslan Tərcümə Mərkəzində olub. Kulis.azın məlumatına görə görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatına ayırdığı diqqətdən, görkəmli türk yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək, Azərbaycan oxucusuna tanıdılmasından, həmçinin yaxın günlərdə Azərbaycan dilində işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”ndan söz açılıb.

Cənab Yıldıray Arslan öz növbəsində Mərkəzin Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin qurulması istiqamətində həyata keçirdiyi layihələrlə bağlı məmnunluğunu ifadə edərək, Mərkəzin ədəbiyyatlararası əlaqələr üzrə fəaliyyətinin TRT kanalı tərəfindən işıqlandırılmasının hər iki ölkənin ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyini bildirib.

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər