"Döyüşə qızlar gedir" filmi təqdim olunub

"Döyüşə qızlar gedir" filmi təqdim olunub
2 may 2019
# 10:15

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ mövzusunda kitablarının motivləri əsasında çəkilmiş "Döyüşə qızlar gedir" filminin təqdimatı keçirilib.

"Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsalı olan bu sənədli filmin ssenari müəllifi Zemfira Məhərrəmli, bədii rəhbəri, rejissor Tahir Əliyev, rejissor-operatoru Əminə Həsənli, prodüseri Qənirə Qurbanlıdır.

Filmin qəhrəmanları - Qarabağ müharibəsinin odundan-alovundan keçmiş Xanımzər Həsənova, Aliyə Piriyeva, Kəmalə Qəhrəmanovadır.

Sənədli filmdə qəhrəmanların tarixən Azərbaycan qadınına xas olan məziyyətləri - cəsurluq, ismətlilik, yenilməzlik və Vətənə sədaqət öz əksini tapıb.

“Döyüşə qızlar gedir" filmində qızların ürəklərində qalan arzularından, dodaqlarında donan sevinclərindən, düşmən gülləsinə hədəf olan xəyallarından bəhs olunur. Qadını əsgərə çevirən Qarabağ müharibəsinin acı həqiqətləri, dəhşətləri göstərilir.

Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu diqqətə çatdırıb ki, hər bir xalqın tarixində onun qan yaddaşına çevrilən dərdləri, yaraları olur. Qarabağ xalqımızın qan yaddaşıdır: “Biz imkan verməməliyik ki, gələcək nəsillərimiz bunu unutsunlar. Qarabağ dərdimizin gənclərimizə çatdırılmasında yazarların, publisistlərin, rejissorların, ümumilikdə yaradıcı insanların üzərinə böyük məsuliyyət düşür. Mən inanıram ki, qəhrəman qızlarımızın təbliğ olunmasında təqdimatını etdiyimiz bu film önəmli rol oynayacaq”.

Milli Məclisin deputatı Qənirə Paşayeva belə filmlərin çəkilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirdi ki, biz qəhrəman, qazi oğullarımızı təbliğ edirik, bu, belə də olmalıdır. Ancaq unutmamalıyıq ki, Vətən darda olanda istər arxa, istərsə də ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşən qızlarımız da vardı.

Deputat qeyd etdi ki, hələ Qarabağ yaramız sağalmayıb, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi oğullarımızla yanaşı, qızlarımızın da qəhrəmanlıqları təbliğ olunmalıdır.

Filmin ideya və ssenari müəllifi Zemfira Məhərrəmli filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib. O, savaş meydanında odun-alovun caynağından dirigözlü keçmiş, cəbhə bölgələrində neçə-neçə Vətən övladına arxa-dayaq olmuş, əsgərlərin həyatını xilas etmiş döyüşçü qızlarımızın ən yüksək hörmətə, ehtirama layiq olduğunu vurğulayıb. Zemfira Məhərrəmli yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətlə keçdiyini, bu mövzunun onun üçün xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. /azertag.az/

# 3045 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər