"Cənnətdə payız"ın təqdimatı olacaq

"Cənnətdə payız"ın təqdimatı olacaq
6 oktyabr 2017
# 11:35

Oktyabrın 7-də saat 15-də yazıçı Günel Eminlinin "ATV kitab" seriyasında nəşr edilən "Cənnətdə payız" kitabının təqdimat və imza günü olacaq. Kulis.az-ın məlumatına görə, təqdimat AMEA Mərkəzi Elmi Kitabxanda (BDU-nun əsas girişinin yanı) baş tutacaq.

"Bəzən bir əsərdə Parisin bir uydurma küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı yazıçı Günel Eminlinin kəşf elədiyi bir küçə var: “Hay-haraylı dilənçi küçəsi “. Nə “google-map”də tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız. “Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız. Günel Eminlinin ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var. O deyir ki, uşaqlıq-cənnətdir, biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq-xoşbəxtlikdir. Onun hekayələri esselər qədər düşündürür, esseləri isə hekayələr qədər diridir, mütəhərrikdir."

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər