Vasif Əlihüseynin yeni kitabı çap olundu

Vasif Əlihüseynin yeni kitabı çap olundu
25 fevral 2025
# 15:57

Şair, jurnalist Vasif Əlihüseynin Xocalı faciəsindən bəhs edən yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, "25-dən 26-na keçməyən gecə” adlı kitab "Qanun” nəşriyyatında çapdan çıxıb. V.Əlihüseyn saytımıza açıqlamasında bildirib ki, bu kitabda o, Xocalı faciəsi ilə bağlı yazdığı müsahibə və açıqlamalarını toplayıb:

"Kitab Cənab Prezidentin Xocalıda sakinlər qarşısında çıxışı ilə başlayır. Bunun ardınca isə məşhurların, ictimai xadimlərin Xocalı faciəsinə münasibətini öyrənmişəm. Ardıyca isə kitabda Xocalı faciəsi zamanı əsir düşən və o gecənin şahidi olan şəxslərdən aldığım müsahibələr yer alıb. Öz yazılarımla yanaşı, Xocalı faciəsi ilə bağlı vacib məlumatlara da kitabda yer vermişəm”.

Müəllif bildirib ki, 300 tirajla çap olunan kitab heç bir mağazada satışda olmayacaq. Kitabı əldə etmək istəyənlər birbaşa onun özüylə əlaqə saxlaya bilərlər.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər