Ufalı yazıçının hekayələri Azərbaycan dilində nəşr olundu

Leonid Sokolov, yazıçı

Leonid Sokolov, yazıçı

18 yanvar 2022
# 15:57

Azərbaycanın ən nüfuzlu ədəbi jurnalı “Azərbaycan”ın yanvar buraxılışında Rusiyanın “Ədəbiyyat qəzeti”nin 12 stul klubunun “Qızıl buzov” müsabiqəsinin qalibi, üç dəfə “Rusiyanın qızıl qələmi” beynəlxalq müsabiqəsinin laureatı, Başqırdıstan Respublikasından olan yazıçı Leonid Sokolovun seçilmiş yumoristik hekayələri dərc olunub.

Kulis.az “Başinform” agentliyinə istinadla xəbər verir ki, mətni Azərbaycan dilinə Məmməd Oruc və Knyaz Qoçaq çevirib. Məmməd Oruc bildirib ki, Başqırdıstan Respublikasından olan yazıçının hekayələrindəki ədəbi məziyyətlər onu Azərbaycan dilinə tərcümə etməyə vadar edib.

Həmmüəllifi Knyaz Qoçaqla Başqırdıstandan olan jurnalist və yazıçı Rafis Həsənova minnətdarlığını bildirən Məmməd Oruc deyib: Məhz onun sayəsində Leonid Sokolov kimi parlaq müəllifi kəşf etdim. “Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri olduğum üçün vurğulamaq istəyirəm ki, biz nadir hallarda yumoristik əsər müəlliflərinə söz veririk və əgər onları dərc ediriksə, janrın əsl istedadlarına üstünlük veririk. Leonid Sokolov da məhz belə yazıçılardandır. İnanıram ki, onun hekayələri istənilən yumoristik əsərlər antologiyasında layiqli yerini tuta bilər. Bu hekayələr olduqca gözəl dildə yazılıb. Leonid Sokolovun qəhrəmanları o qədər rəngarəngdir ki, onları unutmaq çətindir, sevməmək, hətta təqlid etməmək mümkün deyil”.

“Azərbaycan” jurnalının redaksiyasında qeyd edilib ki, Leonid Sokolovun yumoru ən yüksək əyarlı mətnlərdir. Onun hekayələrində personajların xarakterinin təsviri heyrətamiz, psixoloji dərin təhlili ilə oxucunu cəlb edir. Bu mətnlər oxucuya müalicəvi təsir göstərir, gündəlik məşəqqətləri, bəlaları faciəyə çevirməməyə, həyatın sınaqlarına fəlsəfi yanaşmağa kömək edir.

Qeyd edək ki, Məmməd Oruc və Knyaz Qoçaq Rusiyanın bir çox görkəmli müəlliflərini dilimizə çevirib. Tərcümə sənətində uğurla çıxış edən Məmməd Oruc və Knyaz tandemi “Sözü birləşdirən ilmə” və “Yuqra” Beynəlxalq ədəbiyyat mükafatları, həmçinin D.N.Mamin-Sibiryak adına Ümumrusiya ədəbiyyat mükafatı ilə təltif olunub.

Tərcüməçilər Leonid Sokolovun hekayələrini Başqırdıstan Yazıçılar Birliyində təqdimatını keçirməyi planlaşdırır. Buna görə şair və ədəbiyyatşünas, Başqırdıstanın müasir çoxmillətli ədəbi cərəyanlarının bilicisi Knyaz Qoçağın Ufaya səfəri gözlənilir.

# 2016 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər