"Təbiət Nemətləri" adlı sərgi açılıb

"Təbiət Nemətləri" adlı sərgi açılıb
7 mart 2025
# 09:29

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın müxtəlif əsərləri sərgilənir. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim olunur.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəz yarandığı gündən burada çoxsaylı tədbirlər keçirilir. O, bu gün heykəltaraş Cüzeppe Kartanın əsərlərinin təqdim olunacağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər