Son “125 ilin ən yaxşı kitabı” məlum olacaq 

Son “125 ilin ən yaxşı kitabı”  məlum olacaq 
1 dekabr 2021
# 19:00

“THE NEW YORK TIMES” qəzeti son 125 ilin ən yaxşı kitabını seçmək üçün böyük bir sorğu başladıb.

Kulis.az xəbər verir ki, dünyanın hər tərəfindən oxucuların tövsiyə etdiyi kitabları qiymətləndirən New York Times redaktorları final mərhələsi üçün 25 kitabdan ibarət siyahı hazırlayıblar.

Hər yazarın sadəcə bir kitabı olmaqla təşkil edilmiş bu siyahıda fantastik əsərlərdən tutmuş distopik romanlara qədər hər cürkitab yer alır.

Final seçimləri 10 gün davam edəcək və dekabr ayı ərzində başa çatması nəzərdə tutulub. Qalib kitab da oxucuların səsverməsinə əsasən təyin ediləcək.

Siyahıda “1984” (Corc Oruel), “Çovdarlıqda uçurumdan qoruyan”( Selincer), “Rüzgar kimi keçdi” (Marqaret Mitçel), “Qəzəb salxımları” ( Con Steynbek), “Möhtəşəm Qetsbi” ( F.Skott Fitçerald), “Damazlıq qızın hekayəsi” ( Marqaret Etvüd), “Harri Poter və fəlsəfə daşı” (J.K.Rovlinq), “Bülbülü öldürmək” ( Harper Li), “Lolita” ( Nabukov), “Yüz ilin tənhalığı” (Markez), “Ulisiss” (Ceyms Coys) kimi məşhur romanlar yarışır.

Dünyanın hər yerindən oxucular bu keçiddən istifadən edərək siyahıdakı əsərlərdən birinə səs verə bilər:

# 2081 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər