Respublika Uşaq Kitabxanasına şagirdlərin ekskursiyası təşkil olundu

Respublika Uşaq Kitabxanasına  şagirdlərin ekskursiyası təşkil olundu
6 dekabr 2023
# 11:30

21-23 noyabr tarixlərində 47 nömrəli məktəbin 2-ci sinif, 164 nömrəli məktəbin 3 -ci sinif 328 nömrəli məktəbin 7-ci sinif şagirdlərinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil edilib.

Kulis.az xəbər verir ki, öncə Kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, “kitab oxumaq nə üçün lazımdır?” mütaliə mədəniyyəti və vərdişləri haqqında ətraflı məlumat verib. Kitabxananın kiçik oxu zalında Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə”dən bəhs edilib.

Sonda şagirdlər “Balaca ev” adlı çizgi və “Dərs“ adlı bədii filmi izlədilər. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.

# 1454 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər