Ramiz Rövşən gənclərlə görüşdü

Ramiz Rövşən gənclərlə görüşdü
18 oktyabr 2023
# 11:22

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış ədəbiyyat nümayəndələrinin gənclərlə silsilə görüşlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, ilk olaraq Xalq şairi Ramiz Rövşənlə təşkil olunan görüşü giriş sözü ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev açıq elan edərək tədbir iştirakçılarını salamlayıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ramiz Rövşənin gənclərin görüşünü çox əhəmiyyətli addım adlandıran Azər Əliyev görüş üçün Ramiz Rövşənə təşəkkürünü bildirib.

Tədbirin moderatoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Ramiz Rövşənlə görüşü gənclər üçün qənimət görüş adlandırıb.

Azərbaycan tarixinin ən əlamətdar günləri ərəfəsində gənclərlə təşkil olunan görüşü çox vacib hesab etdiyini vurğulayan Xalq şairi Ramiz Rövşən ədəbiyyat, vətənpərvərlik, sənət və s. mövzularda fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb, bir neçə şeirini səsləndirib.

# 2200 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər