Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olundu

Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olundu
30 noyabr 2023
# 08:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş pyes müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, müsabiqəyə 21 iştirakçı müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib, təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova “Torpaqlar” pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovadan ibarət olub.

# 1736 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər