Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu
20 dekabr 2025
# 19:35

Yazıçı Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub.

Kulis.az xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində keçirilib.

Təqdimatda tanınmış ədəbiyyat adamları, media simaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatın moderatoru tanınmış şair, “Park” Nəşriyyatının təsisçisi Şəhriyar del Gerani nəşriyyatın yeni kitabı barədə fikirlərini dilə gətirib və Nadir Yalçının yaradıcılığı barədə fikirlərini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Əməkdar elm xadimi Tehran Əlişanoğlu, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə, “Qanun” Nəşriyyatının baş redaktoru, yazıçı Şərif Ağayar, yazıçılar Mübariz Örən, İlham Əziz, şair Zahir Əzəmət, şair, tərcüməçi Firidun Ağazadə çıxış edərək Nadir Yalçının nəsrlə yanaşı uğurlu poeziya nümunələrindən, onun hekayələrindəki struktur, dil və mövzu məsələlərinin məziyyətlərindən söhbət açıblar.

Sonda müəllif bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib və oxucular üçün kitab imzalayıb.

Qeyd edək ki, kitab “Park” Nəşriyyatında işıq üzü görüb. Nəşrin redaktoru Vüqar Van, korrektoru Nihat Pir, qapaq dizaynının müəllifi isə Rəsul Həsəndir.

Kitab yaxın günlərdə kitab dükanlarında satışda olacaq.

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı olub - FOTO

# 530 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər