Məşhur Hollivud ulduzu danışıq qabiliyyətini itirdi

Məşhur Hollivud ulduzu danışıq qabiliyyətini itirdi
23 iyul 2025
# 10:34

Dünyaca məşhur aktyor Brüs Uillis uzun çəkən demansiya xəstəliyi səbəbilə artıq yeriyə və danışa bilmir.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, "Express Tribune" qəzetində aktyorun səhhətinin getdikcə pisləşdiyi qeyd edilib. Onun özü bu yaxınlarda bu səbəbdən aktyorluğu tərk etdiyini açıqlayıb. Həmçinin tanınmış sənətçinin ailəsi aktyora ötən il afaziya diaqnozu (nitq pozğunluğu) qoyulduğunu və buna görə təqaüdə çıxacağını ictimaiyyətə bildirmişdi.

Qeyd edək ki, bu ilin mart ayında 70 yaşı tamam olan aktyorun qızı Tallulah Uillis son açıqlamasında atasının artıq danışa bilmədiyini, onun artıq səhnə bacarıqlarını itirdiyini, hətta tanınmış aktyor olduğunu və hansı layihələrdə yer aldığını belə xatırlamadığını deyib.

# 743 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər