Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
10 aprel 2023
# 10:50

Amerikalı aktyor Maykl Lerner 81 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Sənətçinin ölümünün hansı şəraitdə baş verdiyi hələ açıqlamayıb.

Maykl Lerner Nyu Yorkda rumıniyalı yəhudi ailəsində anadan olub. Əvvəlcə təhsil almağı və ingilis dili professoru kimi işləməyi planlaşdıran aktyor Bruklin Kollecində təhsil aldıqdan sonra London Musiqi və Dramatik İncəsənət Akademiyasına daxil olub. Lerner daha sonra Los-Ancelesə köçüb və filmlərdə rol almağa başlayıb.

Aktyorluq karyerası ərzində Lerner Barton Fink rolu ilə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Akademiya Mükafatına namizəd olub. Aktyor "San-Fransisko küçələri", "Poçtalyon həmişə iki dəfə çağırır", "Ciddi adam" kimi film layihələrində iştirak edib.

Qeyd edək ki, Maykl Lernerin Ken adında bir qardaşı var, o da filmlərdə rol alır.

Michael Lerner, 'Barton Fink' actor, dead at 81 | Fox News

# 2029 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər