Keti Perri kosmosa uçmağa hazırlaşır

Keti Perri kosmosa uçmağa hazırlaşır
14 aprel 2025
# 11:30

Dünya şöhrətli pop ulduzu Keti Perri 14 aprel tarixində "Blue Origin" raketi ilə kosmosa səyahətə çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, bu barədə o, "Elle" jurnalına müsahibəsində məlumat verib.

Keti Perri qeyd edib ki, bu səfərə çıxmaqda əsas məqsədlərindən biri qızı Deyzini xəyal qurmağa ruhlandırmaqdır.

Uçuş, təxminən, 11 dəqiqə davam edəcək və Yer atmosferi ilə kosmik boşluq arasındakı sərhəd hesab olunan Karman xəttinə qədər yüksələcək. Perri və həmkarları orbitə çıxmayacaq.

Qeyd edək ki, sərnişinlərin hamısı qadınlardır. Bu, 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın təkbaşına uçuşundan sonra ilk belə hadisədir.

# 966 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər