Kantri musiqisinin kraliçası vəfat etdi

Kantri musiqisinin kraliçası vəfat etdi
27 may 2023
# 15:27

Avstraliyalı kantri-müğənni-bəstəkar Coy MakKin 93 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Coy MakKin 1930-cu il yanvarın 14-də anadan olub. O, Avstraliya kantri musiqisinin kraliçası kimi tanınıb.

O, Avstraliyanın aparıcı mahnı müəlliflərindən biri kimi tanınan əri, müğənni Slim Dusti üçün ən populyar mahnılardan bəzilərini yazıb. 1973-cü ildə "Təpədə işıqlar" əsərini yazdığına görə ilk dəfə Qızıl Gitara mükafatına layiq görülüb.

Cütlüyün müvəffəqiyyətləri və ifaçı kimi macəralarından bəhs edən bir neçə film də lentə alınıb.

MakKin-Dusti dueti təkcə Avstraliyada 100-dən çox albom buraxıb və səkkiz milyon albom satıb. MakKin 1991-ci ildə əyləncə sənayesinə xidmətlərinə görə Avstraliya ordeni ilə təltif edilib. O, bir neçə APRA mükafatı qazanıb və 1983-cü ildə Avstraliyanın Şöhrət Siyahısına daxil edilib.

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər