İtaliyada qiymətli Misir vazası tapılıb

İtaliyada qiymətli  Misir vazası tapılıb
7 noyabr 2025
# 15:45

İtaliyanın tarixi Pompey şəhərinin "küçə yeməkləri" bölgəsində qiymətli Misir vazası tapılıb.


Kulis.az xəbər verir ki, Pompey Arxeoloji Parkının məlumatına görə, vazanın üzərində “İsgəndəriyyədə hazırlanmış Misir üslubunda ov səhnələri” təsvir olunub.

Əsər, Pompeydəki “Regio V” adlanan bölgədə yerləşən "Thermopolium"un (antik fəstfud dükanı) mətbəxində aşkar edilib. Mütəxəssislər vazanın yemək qabı kimi istifadə oluna biləcəyini ehtimal edirlər.

Pompey şəhəri eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmamışdan əvvəl müxtəlif mədəniyyətlərin təsiri altında formalaşmışdı.

Thermopolium - antik Roma dövründə içkilər və isti yeməklər satılan, insanların ayaqüstü yemək yediyi bir növ “fast food” məkan idi. Pompeydə bu cür ən azı 80 obyekt aşkarlanıb.

Qeyd edək ki, Thermopoliumun aşağı qatında mətbəx, yuxarı hissəsində isə dükan sahiblərinin yaşadığı kiçik mənzil yerləşib. Binada həmçinin hamam və anbar da müəyyən edilib.

# 385 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər