"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

"İpək Yolları Gənclərin Gözü ilə"  adlı fotomüsabiqəyə qeydiyyat davam edir
28 iyun 2024
# 13:45

Məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) adlı fotomüsabiqə artıq 6-cı ildir ki, keçirilir. Bu il müsabiqəyə may ayında start verilib.

Kulis.az xəbər verir ki, iyulun 14-də başa çatacaq müsabiqədə fotoşəkillər “Həyatın vacib anları” və “İpək Yollarını aşkara çıxarın” mövzularını əks etdirməlidir.

Müsabiqəyə 14-17 və 18-25 yaş kateqoriyasında olan yeniyetmə və gənc fotoqraflar müraciət edə bilər.

Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

Əlavə məlumat üçün https://unescosilkroadphotocontest.org/en/participate linkə keçid edə bilərsiniz.

# 1400 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər