Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi ilə görüşdü

Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi ilə görüşdü
23 may 2022
# 17:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un yeni seçilmiş Baş katibi Sultan Rayevlə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə iki qardaş təşkilat arasında mövcud tərəfdaşlığın daha da genişlənməsi və Türk Dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin təbliği yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.

Görüşdə TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin əhəmiyyəti nəzərə alınaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY-un birgə əməkdaşlığı çərçivəsində keçirilə biləcək mədəni tədbirlər barədə müzakirələr edilib.

Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri türk xalqlarının qədim maddi-mədəni dəyərlərinin bütün dünyada genişmiqyaslı tanıdılmasının vacibliyindən söz açaraq, bu istiqamətdə görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər