Gənc şairin yeni kitabının imza mərasimi keçirildi

Gənc şairin yeni kitabının imza mərasimi keçirildi
18 noyabr 2024
# 14:33

Gənc şair Samir Əfsəroğlu yeni “Rəssam, sən susduğum yerləri çək” şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.

Kulis.az xəbər verir ki, kitabın təqdimat mərasimində poeziyasevərlər, söz aşiqi olanlar və ədəbiyyatla musiqinin harmoniyasını hiss etmək istəyənlər iştirak edib.

Tədbirdə çıxış edənlər Samir Əfsəroğlunu, sadəcə, bir şair kimi deyil, həm də dövrünün səsini, cəmiyyəti duyğularını, həmçinin itirilmiş ümidlərin tərcümanı olan bir sənətkar kimi xarakterizə ediblər.

Bildirilib ki, kitabın adı heç də təsadüfən seçilməyib. Bir tərəfdən şairin sükutunu bədii şəkildə ifadə etməsi, digər tərəfdən isə hər kəsin susduğu, lakin içindəki hisslərin ən yüksək həcmi ilə dilləndiyi bir həyat dramını canlandırmasıdır. Bu kitab yalnız şairin ürəyinin döyüntüsü deyil, həm də bu torpaqlarda yaşayan hər bir insanın duyğularının bir təzahürüdür.

İmza mərasimində şairin sözlərinə bəstələnmiş əsərlər də səsləndirilib.

Sonda şair öz imzası ilə yeni kitabını şeirsevərlərə təqdim edib.

# 1467 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər