Fidan Əliheydərin yeni kitabı təqdim olundu - Foto

Fidan Əliheydərin yeni kitabı təqdim olundu - Foto
2 oktyabr 2025
# 16:50

Yazar və yaşam koçu Fidan Əliheydərin ikinci mənəvi inkişaf kitabı – “Dəyişmə!” fərqli formatda oxuculara təqdim olunub.

Kulis.az xəbər ki, musiqili və səmimi atmosferdə keçirilmiş təqdimat mərasimində müəllif kitabın mövzuları ətrafında qısa çıxış edib, qonaqlarla interaktiv söhbətlər aparılıb.

Tədbir müəllifin musiqi ifaları fonunda bədii hissə ilə davam edib.

Fidan Əliheydərin ilk kitabı “Dəyiş!” oxucular tərəfindən böyük maraqla qarşılandığından artıq onun ikinci nəşri də çapdan çıxıb. Beləliklə, oxucular hər iki kitabı – “Dəyiş!” və “Dəyişmə!”ni əldə etmək imkanı qazanıblar.

Fidan Əliheydər bildirib ki, “Dəyiş!” həyatda irəli addımlamaq üçün dəyişikliyə təşviq edən bir yol xəritəsidirsə, “Dəyişmə!” insanın özünəməxsusluğunu qorumağın və daxili gücünü saxlamağın vacibliyini önə çəkir.

Yazarı yaxın zamanda daha geniş oxucu auditoriyası ilə görüş gözləyir. 5 oktyabr, saat 12:00-da Bakı Ekspo Mərkəzində keçiriləcək Beynəlxalq Kitab Sərgisi çərçivəsində Fidan Əliheydərin hər iki kitabının imza günü baş tutacaq.

# 769 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər