Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
2 yanvar 2025
# 13:46

"Hicran" tamaşasındakı Orxan rolu ilə tanınan Əməkdar artist Bəhram Əliyev vəfat edib.

Kulis.az xəbər verir ki, Əməkdar artist 2024-cü il dekabrın 31-i səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olub.

1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib.

Allah rəhmət eləsin!

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər