Blez Paskalın tarixi hesab cihazının xaricə satışı qadağan edilib

Blez Paskalın  tarixi hesab cihazının xaricə satışı qadağan edilib
21 noyabr 2025
# 11:47

Fransada Blez Paskalın 1642-ci ildə ixtira etdiyi “Pascaline” adlı tarixi hesab maşınının xaricə satışı qadağan edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Paris İnzibati Məhkəməsi cihazı tarixi və elmi baxımdan “xalq xəzinəsi” kimi qiymətləndirərək ixrac sertifikatının verilə bilməyəcəyini bildirib.

"Pascaline" insanlıq tarixində hazırlanmış ilk funksional hesab maşınıdır və elmi cəhətdən əvəzsiz dəyərə malikdir.

Dünyada yalnız səkkiz ədəd "Pascaline" mövcuddur və satışa çıxarılan model keçmiş Fransız uzunluq ölçüsü “toise” ilə hesab aparan yeganə cihazdır.

Qeyd edək ki, yekun qərarın açıqlanması bir neçə ay çəkə bilər, lakin cihazın ölkədən çıxarılması müvəqqəti olaraq qadağan edilib.

# 383 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər