Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirildi

Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirildi
2 dekabr 2024
# 11:19

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində "Mahnı və romans" axşamı baş tutub.

Kulis.az xəbər verir ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov Niyazinin "Vətən nəğməsi", Fikrət Əmirovun "Gülüm", Süleyman Ələsgərovun "Vətənimdir", Vasif Adıgözəlovun "Qərənfil", Ramiz Mustafayevin "Məlahət sultanı" romanslarını, Tofiq Quliyevin "Sevdiyim qız", "Lirik mahnı", Səid Rüstəmovun "Alagöz", Cahangir Cahangirovun "Ana", Sevil Əliyevanın "Qayıt əzizim", Ağabacı Rzayevanın "Könlüm" mahnılarını ifa ediblər.

Sonda Müslüm Maqomayevin "Azərbaycan" mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

# 1222 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər