AzTV-də “Muğam” müsabiqəsi başlayır

AzTV-də “Muğam” müsabiqəsi başlayır
28 fevral 2022
# 16:20

Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kulis.az-a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlərin sözügedən təşkilatlarına təqdim etməlidirlər:

- Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvardan Lənkəran Regional Mədəniyyət İdarəsinə;

- Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi, Cəbrayıl, Füzulidən Bərdə Regional Mədəniyyət İdarəsinə;

- Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan, İsmayıllıdan İsmayıllı Regional Mədəniyyət İdarəsinə;

- Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən Xaçmaz Regional Mədəniyyət İdarəsinə;

- Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən bölgələrindən, Şəki və Mingəçevir şəhərlərindən Şəki Regional Mədəniyyət İdarəsinə;

- Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan bölgələrindən və Şirvan şəhərindən Sabirabad Regional Mədəniyyət İdarəsinə;

- Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Tovuz, Qazax, Ağstafa, Şəmkir bölgələrindən, Gəncə və Naftalan şəhərlərindən Gəncə Regional Mədəniyyət İdarəsinə;

- Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar MR Mədəniyyət Nazirliyinə;

- Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı bölgələrindən, Sumqayıt və Bakı şəhərlərindən AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasına müraciət edə bilərlər.

Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər olanlar müsabiqəyə buraxılmırlar.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

# 2707 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər