Azərbaycanlı fotoqraf vəfat etdi

Kamil Babayev

Kamil Babayev

4 yanvar 2022
# 14:00

Fotoqraf, jurnalist Kamal Babayev 95 yaşında vəfat edib.

Bu barədə APA-ya onun nəvəsi Kəmalə Kərimova məlumat verib. O, bildirib ki, fotoqraf uzun sürən xəstəlikdən sonra dünən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Kamal Babayev 1927-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. İş fəaliyyətinə “Pioner” jurnalında müxbir kimi başlayıb. Uzun müddət R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində çalışıb. “Bakı fəhləsi”, “İncəsənət”, “Günay”, “Dalğa”, “Vışka” qəzetlərində yazıları dərc olunub. Bir çox beynəlxalq, ümumittifaq və respublika üzrə fotomüsabiqələrin laureatı, jurnalistlər İttifaqının və Azərbaycanın Fotoqraflar Birliyinin üzvü olub.

2000 və 2003-cü illərdə fərdi sərgiləri keçirilib.

Allah rəhmət eləsin.

# 2032 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər