Azərbaycan rəssam və fotoqraflarının əsərləri İtaliyada

Azərbaycan rəssam və fotoqraflarının əsərləri İtaliyada
24 iyul 2025
# 13:11

19-21 iyul 2025-ci il tarixlərində İtaliyanın Kassin şəhərində “SƏN1SƏN” Beyin Mərkəzi, Azərbaycan Fotoqrafları Birliyi (AFB) və F37 Union müstəqil fotoqrafiya platforması ilə birgə sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, “Giovani Emozioni” və “Vətən mən” sərgiləri XVII əsrə aid və abidə kimi qorunan Palazzo Mandrilli Qalereyasında keçirilmişdir. Burada 40-dan çox müəllifin əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, “Giovani Emozioni” gənc Azərbaycanlı rəssamların sərgisi Azərbaycan təsviri sənətinin klassik köklərindən çıxıb qlobal dialoqa qoşulduğunu nümayiş etdirir.

"Vətən mən" adlı beynəlxalq foto sərginin əsərləri isə insanın vətənə mənəvi bağlılığını, şəxsiyyətin coğrafi və mədəni köklərlə münasibətini araşdırır.

Sərgidə şəhərin meri, sakinlər və turistlər iştirak ediblər

# 821 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər