Aktyordan şok açıqlama: "Hamının içində onu pərt edəcəyəm"

Qorxmaz Əlilicanzadə

Qorxmaz Əlilicanzadə

23 iyul 2025
# 16:03

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Qayınana" serialında yaşadığı çətinlikdən danışıb.

Kulis.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində ona qarşı olan haqsızlıqları dilə gətirib:

"Rejissor filmə cavabdeh olur, yeni adam tapıb aktyor yetişdirir. İndiki rejissorlar aktyorla işləməyi bacarmırlar. Hər şeyi aktyorun öhdəsinə verirlər. "Qayınana" serialında zülm çəkdim, sıxırdılar. Mənə xırda rollar verdilər".

Hamıya böyük yer ayırırdılar. Təsəvvür edin, sonda bir rol oldu: Gəlib deyirdim, arvad, gedirəm, mağazadan muğayat ol. Sonda gəlib deyirdim ki, nə etdin? Dedim ki, dayanın, kim istəyir, gəlib oynasın.

Gedib məndən şikayət etdilər ki, özündən söz artırır. Məni əzməyə başladılar. Hətta baş rolda adımı yazmadılar. İndi həmin rejissorla haradasa üz-üzə gəlməyi gözləyirəm. Hamının içində onu pərt edəcəyəm".

Qeyd edək ki, sözügedən serialın rejissoru Rüfət Şahbazov olub. Serial 2011-ci ildə çəkilib.

Lent.az

# 885 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər