Şah Mat "Ezop"u təqdim etdi

Şah Mat "Ezop"u təqdim etdi
26 noyabr 2019
# 16:24

Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında eyniadlı tamaşanın premyerası baş tutub.

Kulis.az xəbər verir ki, tamaşanı Müstəqil Şah Mat Teatrı hazırlayıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş edilən tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Səhnə əsərində rolları Anar Bulud, Orxan Bakinski, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa ediblər.

“Amansız teatr” üslubunda hazırlanmış ikihissəli tamaşada əsas məsələ həqiqətin və ədalətin olmamasıdır. Ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür. Biz insanlar yaşayırıq, amma bilmirik ki, qəfəsdəyik və sadəcə olaraq nəfəs alırıq. Azadlığımız isə qəfəsin içi və cəzadır.

Aktyorların oyunu tamaşaçılarda maraq doğurub.

# 2874 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər