Koronavirusdan qurtulmağın yolu - Nəriman Qasımoğlu yazır...

Koronavirusdan qurtulmağın yolu - Nəriman Qasımoğlu yazır...
16 mart 2020
# 14:38

Kulis.az şərqşünas-alim Nəriman Qasımoğlunun “Dekameron” və sosial təcrid “terapiyası” adlı yazısını təqdim edir.


Avropada 1347-53 illərdə baş vermiş taun pandemiyasında əhalinin dörddə biri tələf olmuşdu.

Renessans dövrünün məşhur yazıçısı Covanni Bokkaçço “Dekameron” əsərini o illərdə yazıb. Bir-birindən fərqli 100 novelladan ibarətdir. Oxuyanlara bəllidir, yaxın dostlar şəhəri tərk edib müvəqəti olaraq bir bağda məskunlaşır və əyləncəli əhvalatlar danışmaqla ruhlarını sönməyə qoymurlar.

Az öncə əsər haqqında Amerika mətbuatında getmiş və köhnə dostum, ABŞ-nin ölkəmizdəki keçmiş səfiri xanım Anne Dersenin öz səhifəsində paylaşdığı geniş və maraqlı bir yazı oxudum.

Məqalənin ideyası ümumilikdə bundan ibarətdir ki, Bokkaççonun epidemiyaya yazıçı kimi “Dekameron” əsəri ilə münasibət göstərməsi “əhvalat söyləmə profilaktikası” baxımından yaxşı bir müalicə üsulu imiş. Yazıçının ümumilikdə təlqini bu imiş ki, sosial təcridlə və bu zaman ruh yüksəldən fəaliyyətlə epidemiyanın ən ağrılı mərhələsindən mənəvi və fiziki baxımdan sağ-salamat çıxmaq olar.

"Covid-19" virusunun yayıldığı indilərdə isə imkanlar sərhədsizdir, virtual aləm, virtual klublar, online dərslər və s.i.

# 3823 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər