Kann film bazarı təxirə salındı

Kann film bazarı təxirə salındı
15 aprel 2021
# 17:41

Kann Festivalının peşəkarlar hissəsi, film bazarı 1 ay təxirə salınıb. Yalnız film sənayesi üçün təşkil edilmiş onlayn görüş iyun ayının sonunda, fiziki görüşlər isə iyul ayında festival çərçivəsində baş tutacaq.

Kulis.az xəbər verir ki, yenidən təxirə salınacağı gözlənilən Kann Festivalı koronavirus pandemiyasına görə həmişə olduğu kimi may ayında deyil, iyulun 6-dan 17-dək keçiriləcək.

Beynəlxalq kino satıcılarını qənaətbəxş etmək məqsədilə festival onlar üçün yazda onlayn görüş təşkil edib. Akkreditə olunmuş film alıcıları üçün ilkin film nümayişi iyunun 21-dən 25-dək keçiriləcək. Bəzi film satış şirkətləri isə martda Berlində keçirilmiş film bazarından sonra daha uzun müddət keçməsini arzulayıblar.

Kann film bazarı peşəkarlar arasında keçirdiyi sorğuya 700 cavab alıb və onlar iyunun sonunda keçiriləcək bazarda iştiraklarını təsdiqləyiblər.

Təşkilatçılar bildirirlər ki, dünyanın müxtəlif ölkələrindən gələn 12 min 500 peşəkarı bir araya gətirən film bazarının kino sənayeçiləri üçün ilin ən böyük görüşü hesab olunur. 2019-cu ildə 2 768 film satışa çıxarılıb.

# 2392 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər