General Polad Həşimov haqda yeni kitab

General Polad Həşimov haqda yeni kitab
11 noyabr 2020
# 18:32

Şəhid general Polad Həşimovun xatirəsinə həsr olunmuş yeni kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında dərc olunan kitabda generalın xatirəsinə həsr olunan müsabiqədə qalib gəlmiş yazılar, eyni zamanda dövrü mətbuatda yayımlanan şeir, hekayə, esse, məqalə və müsahibələr toplanıb.

Kitabın gənclərin tərtibçisi və ön söz müəllifi Faiq Balabəyli, redaktoru Hüseyn Sözlüdür.

İdeyası “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə aid olan kitab “Delta” MMC-nin maliyyə dəstəyi ilə çıxıb.

Kitabda Azərbaycanın tanınmış imza sahiblərinin - İbrahim Rüstəmli, Azər Turan, Azad Qaradərəli, Afaq Şıxlı, İlham Tumas, Günel Mehri, Zahid Xəlil, Mətanət Ulu Şirvanlı, Elman Tovuz, Aydın Canıyev, Seymur Şahzadə, Əyyub Qiyas, Ramiz Duyğun, Ülkər Nicatlı, Kəmaləddin Qədim, Ayxan Ayvaz, Nicat Həşimzadə, Tural Balabəyli, Yusif Nəğməkar, Aysel Səfərli, Adilə Nəzər, Xanım İsmayılqızı, Aybəniz Əliyar və digər müəlliflərin yazıları yer alıb.

Bu yaxınlarda kitabın təqdimatı və müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi gerçəkləşəcək.

# 4220 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər