Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb.

Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb.
2 oktyabr 2021
# 17:08

"Böyük İpək Yolunun İncisi" Beynəlxalq Film Festivalında Azərbaycan film günlərinin proqramı açıqlanıb.

Özbəkistanda keçiriləcək "Böyük İpək Yolunun İncisi" XIII Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan film günlərinin proqramı açıqlanıb.

APA-nın verdiyi xəbərə görə, festivalda bədii və sənədli filmlər nümayiş olunacaq.

Film günlərində rejissor İsmayıl Səfərəlinin "Balıqçının qızı", Rüfət Həsənovun "Daxili ada", Əli-Səttar Quliyevin "Olimpiya", rejissor Kseniya Laqutinanın "Fəridə", Zaur Qasımlının "İrs" filmləri nümayiş olunacaq. Filmlərin nümayişi Daşkənd, Urgenç və Nukusda baş tutacaq. Paytaxtda filmlərin nümayişi Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu beynəlxalq festival 1968-ci ildən bəri keçirilir.

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər