“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası çap olundu

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası çap olundu
3 sentyabr 2020
# 18:30

Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası çap olunub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu” seriyasından 11-ci kitabı işıq üzü görüb. İnstitutun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub. “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabda dahi sənətkarın elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin məzmun şərhi, bəzən mətn tərcümələri təqdim edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı qərarı ilə yayımlanıb.

Kitabın elmi redaktorları AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Özbəkistanın nəvaişünas alimi, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Monoqrafiya akademik İsa Həbibbəylinin “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı əhatəli ön sözü ilə nəşr edilib. Kitabın rəyçiləri filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Yaşar Qasımbəyli və filologiya üzrə fəlsəfə doktoru Akif Azalpdır. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Məcidovadır.

570 səhifədən ibarət kitabın ilk fəsli “Əlişir Nəvai: dövrü, həyatı və yaradıcılığından səhifələr” adlanır. Həmçinin “Əmir Əlişir Nəvainin bu tədqiqatda bəhs edilən elmi-filoloji və dini-təsəvvüfi əsərlərinin xronologiyası” da yer almışdır. Kitabda tədqiqatın qısa mahiyyətini ifadə edən ingilis dilində geniş xülasə, ədəbiyyat siyahısı və müəllifin Əlişir Nəvai, özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı ilə bağlı yazdığı kitabları və məqalələri də təqdim edilib. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. /edebiyyatqazeti.az/

# 3538 dəfə oxunub

Oxşar xəbərlər

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

Bethovenin 9-ci simfoniyasının sirri nədir?

10:00 26 mart 2026
Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

Yarımmədəni türkmanlar, yoxsa mədəni bolşevik ruslar? - Kimlər öz milli dilini anlayır?

10:20 24 dekabr 2025
“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” – Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

10:00 24 dekabr 2025
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd olundu

17:22 23 dekabr 2025
Məşhur cütlük evlənir

Məşhur cütlük evlənir

17:10 23 dekabr 2025
Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

Sayman Aruz vəzifəsindən çıxarıldı - Sabir Rüstəmxanlı sədr seçildi

16:59 23 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər