Bakıda 4 min avroluq FESTİVAL

Bakıda 4 min avroluq FESTİVAL
24 iyun 2014
# 11:37

Sabah Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ikinci Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olacaq. Festivalda 37 ölkədən ümumilikdə 70-ə yaxın film göstəriləcək.

Kulis.az-ın məlumatına görə, Azərbaycan festivalda Mariya İbrahimovaının “Azərbaycan: Şərqin Avropa cazibəsi”, Elvin Abdullayevin “Çox-çox uzaqlarda”, Vüqar İslamzadənin “Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı” filmləri ilə təmsil olunacaq.

Filmləri Azərbaycandan Ayaz Salayev, Aynur Talıbova, Vüqar Şıxəmmədov, Türkiyədən Can Özbatur, Avstriyadan Aleksandr Kammel, Xorvatiyadan Spomenka Saraqa, Rusiyadan Tofiq Şahverdiyevdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Qeyd edək ki, birinci yerin sahibinə diplom, mükafat, 2000 avro pul, ikinci və üçüncü yerin qaliblərinə diplom və mükafat, "QRAN PRİ" sahibinə isə 4000 avro pul təqdim ediləcək.

Festivalda eyni zamanda seminarlar, müzakirələr, master klasslar keçiriləcək.

Festivalın işi iyunun 29-da yekunlaşacaq.

# 2683 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

14:57 20 dekabr 2025
“Maqsud Şeyxzadə”  bədii filmi çəkiləcək

“Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək

12:44 19 dekabr 2025
"Fərqli” gördüyü yadplanetliyə bağlanır...  - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

"Fərqli” gördüyü yadplanetliyə bağlanır... - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

16:00 18 dekabr 2025
Qalmaqallı serialın yayımı dayandırıldı

Qalmaqallı serialın yayımı dayandırıldı

13:31 17 dekabr 2025
Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

12:13 17 dekabr 2025
“Ən yaxşı tələbə filmi” nominasiyasında "Məhkəmə" qalib oldu

“Ən yaxşı tələbə filmi” nominasiyasında "Məhkəmə" qalib oldu

13:27 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər