“İlahi komediya” filminin hüquqları satıldı

“İlahi komediya”  filminin hüquqları satıldı
25 iyul 2025
# 15:02

Məşhur “Goodfellas” (“Möhkəm dostlar”) filminin yaradıcı heyəti iranlı rejissor Əli Əsgərinin senzura və bürokratiyaya qarşı çəkdiyi “İlahi Komediya” adlı satirik filmin beynəlxalq satış hüquqlarını əldə edib.

Kulis.az xəbər verir ki, film ilk dəfə bu il keçiriləcək 81-ci Venesiya Film Festivalının “Orizzonti” (Üfüqlər) bölməsində dünya premyerasında təqdim olunacaq.

“İlahi Komediya” İranda hökm sürən sərt senzura rejimini və bürokratik sistemin absurdluğunu tənqid edən cəsarətli ekran əsəridir. Film eyni zamanda Kann Film Festivalının “Un Certain Regard” (“Fərqli baxış”) proqramında da nümayiş etdiriləcək.

Əsərin əsasını rejissorun şəxsən üzləşdiyi təzyiqlər – səyahət qadağası, şəxsi əşyalarının müsadirəsi və ölkədən çıxışına qoyulan məhdudiyyətlər təşkil edir.

Filmdə Əli Əsgərinin əvvəlki layihələrində də əməkdaşlıq etdiyi aktyorlar – Bəhram Ərk, Sədəf Əsgəri, Hüseyn Süleymani, Məhəmməd Surə və Əmirrza Rəncbəran çəkiliblər.

# 968 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

14:57 20 dekabr 2025
“Maqsud Şeyxzadə”  bədii filmi çəkiləcək

“Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək

12:44 19 dekabr 2025
"Fərqli” gördüyü yadplanetliyə bağlanır...  - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

"Fərqli” gördüyü yadplanetliyə bağlanır... - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

16:00 18 dekabr 2025
Qalmaqallı serialın yayımı dayandırıldı

Qalmaqallı serialın yayımı dayandırıldı

13:31 17 dekabr 2025
Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

12:13 17 dekabr 2025
“Ən yaxşı tələbə filmi” nominasiyasında "Məhkəmə" qalib oldu

“Ən yaxşı tələbə filmi” nominasiyasında "Məhkəmə" qalib oldu

13:27 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər