Xəstəxanalar basırıq, qəbiristanlıqlarda artıq yer yox, qalan hər yer boş
Hər kəslə tənha
ət sümüyün üzərin örtür
və oraya
şüur qoyulur,
bəzən də
qəlb,
və qadınlar güldanları
divarlara çırparaq sındırırlar,
kişilərsə içirlər
çox.
heç kəs də tapmır
arzuladığını,
amma axtarmağa
davam edir
yataqlara
girib çıxaraq.
ət sümüyün
üzərin örtür
və bədən
bədəndən daha artığını axtarır.
Heç bir seçim
imkanımız yoxdur.
bizim hamımızı
bircə talenin arasına
büküblər.
Heç kəs o yeganə insanını
tapa bilmir.
şəhər xarabalıqları aşıb-daşır
zibilxanalar dolu
dəlixanalar ağzına kimi dolu
xəstəxanalar basırıq
qəbiristanlıqlarda artıq yer yox
qalan hər yer boş.
ət sümüyün üzərin örtür
və oraya
şüur qoyulur,
bəzən də
qəlb,
və qadınlar güldanları
divarlara çırparaq sındırırlar,
kişilərsə içirlər
çox.
heç kəs də tapmır
arzuladığını,
amma axtarmağa
davam edir
yataqlara
girib çıxaraq.
ət sümüyün
üzərin örtür
və bədən
bədəndən daha artığını axtarır.
Heç bir seçim
imkanımız yoxdur.
bizim hamımızı
bircə talenin arasına
büküblər.
Heç kəs o yeganə insanını
tapa bilmir.
şəhər xarabalıqları aşıb-daşır
zibilxanalar dolu
dəlixanalar ağzına kimi dolu
xəstəxanalar basırıq
qəbiristanlıqlarda artıq yer yox
qalan hər yer boş.
Oxşar xəbərlər
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?
17:00
22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?
15:00
22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?
15:00
19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid
14:00
18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?
18:41
15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva
18:01
15 dekabr 2025