Demokratiya olmayacaq

Demokratiya olmayacaq
2 avqust 2011
# 12:16
Lenqston Hyuz

Demokratiya


Demokratiya olmayacaq
Bu gün, ya gələn il.
Heç vaxt
Aşmayacaq güzəştlə qorxunu.

Mənim haqlarım
Elə hər kəsinki qədərdir
Dayanmağa
İki ayağım üstə,
Torpağıma sahib olmağa.

Qoy hər şey öz yolu ilə getsin –
Deyən insanlardan bezmişəm.
Tamam ayrı bir gündür sabah.
Nə mənası öldükdən sonra azad olmağın?
Sabahın vədləriylə yaşamağın?

Azadlıq
Güclü toxumdur.
Əkilib
Böyük ehtiyac üzündən.

Mən də burda yaşayıram.
Lap elə sənintək,
Azadlıq arzulayıram.

İngiliscədən tərcümə: Svetlana Quliyeva
# 1348 dəfə oxunub

Oxşar xəbərlər

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər